Taksilərdə hər hansı bir əlavə cihazın quraşdırılmasına ehtiyac yoxdur.
Sitat.info xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov Milli Məclisin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, taksilərdə həm taksometrdən, həm də proqram təminatından istifadə edilə bilər, hər hansı əlavə cihazın qurulmasına ehtiyac yoxdur:
“Qanun layihəsində taksometr anlayışı verilib. Bunun cihaz və proqram təminatı olması haqqında qeydlər var. Hazırda taksilərdə telefonla prosesin idarə olunduğunu gördüyümüz üçün yenidən taksometrin taksilərə qoşulmasına gərək görmürük”.