Priqojinin qiyamına AB-dən reaksiya

14:16 24 İyun 2023

AB Rusiyadakı vəziyyəti izləyir və baş verənləri ölkənin daxili işi hesab edir.

Sitat.info xəbər verir ki, bu barədə AB məlumat yayıb.

“AB hazırkı hadisələri Rusiyanın daxili işi hesab edir. Biz vəziyyəti izləyirik”, - məlumatda deyilir.

Qeyd edək ki, “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin “Ədalət Yürüşü”nə çıxdığını elan edib. O, Rostov və Voroneji ələ keçirdikdən sonra döyüşçüləri ilə Moskvaya doğru hərəkət edir.



Xəbər xətti