Britaniya Rusiyadakı vəziyyəti müzakirə edəcək – Sunak

17:57 24 İyun 2023

Böyük Britaniya və onun müttəfiqləri Rusiyadakı vəziyyəti yaxından izləyir.

Sitat.info xəbər verir ki, bunu Böyük Britaniya Baş naziri Rişi Sunak deyib.

O, həmçinin bütün tərəfləri məsuliyyətli olmağa və mülki insanları qorumağa çağırıb:

“Müttəfiqlərimizlə əlaqə saxlayırıq. Onlardan bəziləri ilə bu gün danışacağam. İndi bütün tərəflər üçün əsas məsələ məsuliyyət nümayiş etdirmək və mülki insanları qorumaqdır. Hələlik deyə biləcəyim tək şey budur”, - Sunak bildirib.



Xəbər xətti