Ukrayna sənaye müəssisəsinə zərbə endirdi

22:39 24 İyun 2023

Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) Belqorod vilayətinin Şebekino şəhərində sənaye müəssisəsinə zərbə endirib.

Sitat.info xəbər verir ki, bu barədə qubernator Vyaçeslav Qladkov Teleqram kanalında məlumat yayıb.

"Şebekinoda PUA sənaye müəssisələrindən birinə partlayıcı qurğu atıb. Tələfat yoxdur. Kiçik yanğın var", - o yazıb.

Qubernatorun sözlərinə görə, nəticələrin aradan qaldırılması üçün artıq yanğınsöndürmə briqadaları hadisə yerinə gəlib.



Xəbər xətti