ABŞ prezidenti Co Bayden ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Sitat.info xəbər verir ki, görüşlə bağlı Ağ Evdən yazılı açıqlama verilib.
Bəyanatda qeyd olunub ki, ikisi Ukraynanın Rusiya təcavüzündən müdafiəsi üçün dəstək məsələsini müzakirə ediblər.
Bayden ABŞ-ın Ukraynaya sarsılmaz dəstəyini təkrarlayıb və ABŞ-ın Ukraynaya təhlükəsizlik, iqtisadi və humanitar yardımlar göstərməyə davam edəcəyinin vurğulayıb.
Açıqlamada Bayden və Zelenskinin Ukraynanın Rusiyaya hücumu və Rusiyadakı hadisələri də müzakirə etdiyi bildirilib.
Seymur Bənnayev
Sitat.info