Rusiya 48 avstraliyalıya “antirusizm”ə görə sanksiya tətbiq edib

12:09 26 İyun 2023

Rusiya Viktoriya ştatının baş nazirinin müavini Cacinta Allan da daxil olmaqla 48 Avstraliya vətəndaşına qarşı “Qərbin rusofobiya (Anti-Rusiya) kampaniyasını dəstəklədiyinə görə” sanksiya tətbiq etmək qərarına gəlib.

​​​​​​Sitat.info xəbər verir ki, Rusiya Allan da daxil olmaqla 48 siyasətçi, jurnalist və iş adamının ölkəyə girişinə qadağa qoyub.

Rusiya sanksiya tətbiq etdiyi şəxsləri Qərbin “rusofobiya” kampaniyasının bir hissəsi olmaqda günahlandırsa da, sanksiyaların Rusiya vətəndaşlarına “siyasi məqsədlərlə” tətbiq edilən sanksiyalara cavab olaraq həyata keçirildiyi bildirilir.

Allan sanksiya qərarından sonra verdiyi açıqlamada deyib: “Biz bu çətin anda ukraynalı ailələrin yanındayıq”.

Qeyd edək ki, Rusiya iyunun 16-da jurnalistlər, ekspertlər və iş adamları da daxil olmaqla 121 avstraliyalıya sanksiya tətbiq etmək qərarına gəlib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti