ABŞ-da əkiz tornado qeydə alınıb

12:31 26 İyun 2023

ABŞ-ın Kolorado ştatında əkiz tornado müşahidə edilib. İkiqat tornadodan heç kim zərər çəkməyib.

Sitat.info xəbər verir ki, Accuweather meteoroloji xidmətində çalışan meteoroloq Toni Laubach iki gün əvvəl baş verən qeyri-adi hava hadisəsini çəkə bilib.

Laubach bildirib ki, tornadolar ştatın Akron bölgəsində magistral yol boyunca açıq ərazidə yaranıb.

 

İkinci tornado ilkin tək tornadodan ayrılaraq əmələ gəlib. Üçüncü tornadonun az qala baş verəcəyini deyən meteoroloq: "Bu, xüsusilə Kolorado ştatında gördüyüm ən qeyri-adi tornado hadisələrindən biri idi", - deyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti