NATO: Vaqner böhranı Rusiyanın daxili işidir

13:29 26 İyun 2023

NATO-nun baş katibi Yens Stoltenberq Vaqner böhranını “Rusiyanın daxili işi” adlandırıb.

Sitat.info xəbər verir ki, Stoltenberq iyulun 11-12-də NATO Sammitinə ev sahibliyi edəcək Litvanın paytaxtı Vilnüsə səfər edib və Litva prezidenti Gitanas Nauseda ilə görüşüb.

Nauseda ilə mətbuata açıqlama verən Stoltenberq Vaqner qrupunun Rusiya hökumətinə qarşı üsyanı ilə bağlı "Həftə sonu baş verən hadisələr Rusiyanın daxili işidir" deyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti