Azad Vətən Partiyası qazilərlə birlikdə Ordu günü ilə bağlı anım mərasimi keçirib- FOTOLAR

16:45 26 İyun 2023

 Azad Vətən Partiyası qazilərlə birlikdə Ordu günü ilə bağlı anım mərasimi keçirib. 

Sitat.info xəbər verir ki, mərasim çərçivəsində Şəhidlər Xiyabanı, Qarabağ müharibəsi şəhidlərinin məzarları, o cümlədən Şirin Mirzəyevin məzarı, Türk şəhidliyi, general Həzi Aslanovun abidəsi, İkinci Qarabağ Müharibəsi şəhidlərinin, o cümlədən Polad Həşimov, Hətəmxan Quliyev, Şikar Həmidov, Mübariz İbrahimov, Asif Məhərrəmov (Fred Asif) və digərlərinin məzarları ziyarət edilib. 

Mərasim iştirakçılarından Azad Vətən Partiyasının sədri Akif Nağı, Firidun Məmmədov, Hacı Fərman Məmmədov, Hacı Əkbər Rüstəmov, Fəzli Qasımov və digərləri çıxış edib, Azərbaycan Ordusunun rəşadətli, şərəfli döyüş yolundan, qarşıda duran vəzifələrdən danışıblar. Orduya, vətənə həsr olunmuş şeirlər deyilib, şəhidlərimizin ruhuna dualar oxunub, gül dəstələri düzülüb.

A.Nağı çıxışı zamanı belə bir təklif səsləndirib ki, Bakının münasib bir yerində Orduya həsr olunmuş abidə ucaldılmalı, Ordu Gününün kültəvi şəkildə qeyd olunmasına şərait yaradılmalıdır.

Səid,

Sitat.info




Xəbər xətti