Ötən il Almaniyada müsəlmanlara qarşı 898 irqçilik hadisəsi qeydə alınıb.
Sitat.info xəbər verir ki, Almaniyada fəaliyyət göstərən və Ailə Nazirliyinin dəstəyi ilə İslam və Müsəlmanlara Qarşı Alyansın (CLAIM) ilk dəfə hazırladığı Müsəlmanlara Qarşı İrqçilik Hesabatı ictimaiyyətə açıqlanıb.
Hesabatda 2022-ci ildə 898 anti-müsəlman irqçiliyi halının qeydə alındığı, yəni hər gün iki hadisənin baş verdiyi bildirilib.
Sənədləşdirilmiş hallar arasında müsəlmanlara qarşı təxribat xarakterli açıqlamalar, təhqirlər, təhdidlər və hücumlar ön plana çıxıb.
Hesabatda xüsusilə hicablı qadınların və tələbələrin böyük ayrı-seçkiliyə məruz qaldığı vurğulanaraq, həll yolunun cəmiyyəti həssaslaşdırmaq olduğu vurğulanıb.
Hesabatda ümumən müsəlmanlara qarşı ayrı-seçkilik, incidici davranış, hücum, mülkə ziyan vurma, yandırma və digər zorakılıq hallarının törədildiyi bildirilib.
Seymur Bənnayev
Sitat.info