Hakan Fidan Monteneqroya gedir

17:53 26 İyun 2023

Türkiyə xarici işlər naziri Hakan Fidan 26-27 iyunda Monteneqroya səfər edəcək.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə,nazir 27 iyunda Podqoritsada keçiriləcək Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi (SEECP) Dövlət və Hökumət Başçıları Zirvə iclasında iştirak edəcək.

Həmçinin o, Zirvə toplantısı çərçivəsində ikitərəfli görüşlər keçirəcək.



Xəbər xətti