Lavrovdan "Vaqner"lə bağlı şok açıqlama: Fəaliyyətini görün harada davam etdirəcək...

18:02 26 İyun 2023

  Lavrov: "Vaqner qiyamı Rusiyanın dostları ilə münasibətlərini dəyişdirə bilməyəcək. Vaqner Mali və Mərkəzi Afrika Respublikasında fəaliyyətini davam etdirəcək"


Rusiyada Vaqnerin başlatdığı üsyan 1 günə sona çatarkən, muzdlu dəstə üçün hansı qərarın veriləcəyi maraq doğururdu.

Sitat.info xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vaqnerin taleyi ilə bağlı yeni açıqlama verib.

Lavrov Vaqnerin fəaliyyətini hansı bölgələrdə davam etdirəcəyini bu sözlərlə açıqlayıb:

"Vaqner qiyamı Rusiyanın dostları ilə münasibətlərini dəyişdirə bilməyəcək. Vaqner fəaliyyətini Mali və Mərkəzi Afrika Respublikasında davam etdirəcək".

Lavrov   “Vaqner üzvləri orada təlimçi kimi çalışırlar. Təbii ki, bu iş davam edəcək" -deyib. 

Məğrur, 

Sitat.info



Xəbər xətti