Rusiya Ukraynaya raket zərbəsi endirib - Ölənlər var

10:31 28 İyun 2023

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə raket zərbəsi endirib.

“Sitat.info” xəbər verir ki, bu barədə UNİAN nəşri məlumat yayıb.

Nəticədə 4 nəfər həlak olub, 40-dan çox insan yaralanıb. 

Ukrayna daxili işlər naziri İqor Klimenko bildirib ki, Kramatorska iki raket zərbəsi endirilib:

"Rusiya insanların sıx toplaşdığı yerləri hədəfə alıb. İctimai iaşə obyektinin binalarına və bir neçə fərdi evə ziyan dəyib”.

Nazir vurğulayıb ki, dağıntılar altında insanlar ola bilər.

 



Xəbər xətti