Rusiya qoşunları Ukraynanın şərq rayonlarını qoruyan Ukrayna hərbçilərini mühasirəyə almağa çalışır.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bunu Britaniya kəşfiyyatının məlumatları sübut edir.
“Raşistlər Xarkovun şimalından və Mariupolun cənubundan irəliləyirlər. Həm də işğalçılar hələ də qərbə, Odessaya doğru irəliləyərək Nikolaevdən yan keçməyə çalışırlar. Hücum əməliyyatını bərpa etmək üçün Ukraynanın şimalında rusların yenidən qruplaşdırılması aparılır”, məlumatda deyilir.