Peskov Putinin Kadırovla görüşünü təsdiqlədi

18:47 28 İyun 2023

Rusiya Prezidenti Vladimir Putin çərşənbə axşamı Çeçenistan lideri Ramzan Kadırovla görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Bundan əvvəl Kadırov Teleqram kanalında Vladimir Putinlə çəkdirdiyi selfi yerləşdirib. O, çərşənbə axşamı Rusiya prezidenti ilə görüşdüyünü və bu görüşdə dövlət başçısının Qurban bayramının gəlişi münasibətilə müsəlmanlara təbriklərini çatdırdığını bildirib.

Görüşdə Çeçenistan rəhbəri Vladimir Putinə respublikanın sosial-iqtisadi vəziyyəti barədə məruzə edib, uzunmüddətli planlar müzakirə olunub.



Xəbər xətti