Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandı

16:11 29 İyun 2023

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Sitat.info xəbər verir ki, Azərbaycanda indiyədək ümumilikdə 831 944 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 642 nəfər müalicə olunaraq sağalıb, 10 282 nəfər vəfat edib, aktiv xəstə sayı 20 nəfərdir.

Ölkədə son sutka ərzində 329, hazırkı dövrədək isə 7 643 540 test aparılıb.



Xəbər xətti