ABŞ və Çin müdafiə nazirləri arasında dialoq...

17:23 29 İyun 2023

Çin iki ölkənin müdafiə nazirləri arasında danışıqlar üçün ABŞ-dan birtərəfli sanksiyaları ləğv etməyi tələb edir.

Sitat.info xəbər verir ki, bunu Çinin ABŞ-dakı səfirliyinin mətbuat katibi Lyu Penyu deyib.

“ABŞ tərəfi Çinlə münasibətlərdə (müdafiə nazirlikləri səviyyəsində - red.) yaranan çətinliklərin səbəbini bilir. Faktiki olaraq Çinə qarşı birtərəfli sanksiyalar tətbiq edilib. İki ölkə arasında hər hansı mübadilə və əməkdaşlığa başlamazdan əvvəl bu cür maneələr aradan qaldırılmalıdır”, - Penyu bildirib.



Xəbər xətti