Putinin gücü indi hərbi qiyama görə bir qədər zəifləyib.
Sitat.info xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti Donald Tramp Rusiyadakı qiyam haqda danışarkən qeyd edib.
Trampın sözlərinə görə, əgər Putin Rusiyada birdən-birə hakimiyyətini itirərsə, o zaman alternativin nə olduğunu bilmirik: Bu, daha yaxşı da, daha pis də ola bilər.
Sabiq prezident deyib ki, indi ABŞ üçün Kiyev və Moskva arasında konfliktin sülh yolu ilə həlli üçün əsl vasitəçilik etmək vaxtıdır:
“İstəyirəm ki, insanlar bu əbləh müharibəyə görə daha ölməsinlər”.