Fransada fövqəladə vəziyyət tətbiq edilə bilər

14:57 30 İyun 2023

Fransa hakimiyyəti iğtişaşlar səbəbindən fövqəladə vəziyyətin tətbiqini istisna etmir. Bu, gözlənilən variantlardan biridir.

Sitat.info xəbər verir ki, bu sözləri Fransanın şəhərlər və mənzil-məişət naziri Olivye Kleyn deyib.

“Bu gün hər şey masanın üstündədir, heç nədən imtina etmək olmaz”, - nazir bildirib.

Qeyd edək ki, Fransada iyunun 27-də Nanter şəhərində polis əməkdaşlarının 17 yaşlı oğlanı güllələyərək öldürməsindən sonra iğtişaşlar başlayıb.



Xəbər xətti