Liviyada “Vaqner”in olduğu aviabaza vuruldu

16:56 30 İyun 2023

Ötən gecə pilotsuz uçuş aparatları (PUA) Liviyanın şərqindəki aviabazaya zərbə endirib.

Sitat.info xəbər verir ki, bazada “Vaqner” hərbi şirkətinin döyüşçülərinin olduğu deyilir.

“Naməlum PUA-lar Benqazidən 150 km cənub-şərqdə yerləşən Əl-Xarruba aviabazasına hücum edib. Burada “Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri yerləşmiş ola bilərlər”, - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, hücum zamanı xəsarət alan olmayıb.



Xəbər xətti