Şəmkir Rayon Polis Şöbəsinin və tabeli qurumlarının əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda və yetişdirməkdə şübhəli bilinən rayon sakinləri saxlanılıb.
Sitat.info xəbər verir ki, keçirilən müvafiq tədbirlər nəticəsində Elşən Əsgərov, Pərviz Əliyev, Vasif Nəsibzadə və Aqil Alıyevdən narkotik vasitə olan marixuana və metamfetamin aşkar olunaraq götürülüb.
Bundan başqa keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Ceyhun Məmmədov, Ülfət Məhəmmədli və Emin Tağıyevin fərdi yaşayış evlərinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə əkdikləri müxtəlif ölçüdə və çəkidə narkotik xassəli çətənə - kannabis bitkiləri aşkarlanaraq götürülüb.
Faktlarla bağlı polis şöbəsində cinayət işi başlanılıb.
Araşdırmalar davam etdirilir./Axar.az