Türkiyədən KRİTİK QƏRAR - S-400-dən imtina etməyəcək

16:45 23 Mart 2022

Türkiyə ABŞ-ın təzyiqi altında Rusiyanın S-400 zenit-raket komplekslərindən imtina etmək fikrində deyil.

Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir “İzvestiya”ya açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə öz siyasətini təyin etmək iqtidarındadır: “S-400-dən imtina bizim üçün müzakirə mövzusu deyil. Biz bu məsələni keçmişdə müzakirə etmişik. Bundan imtina müzakirə olunmur”.

Xatırladaq ki, bir müddət əvvəl "Röyters" agentliyinin məlumatında ABŞ-ın Türkiyə ilə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin Ukraynaya göndərilməsi imkanını müzakirə etdiyi bildirilirdi.



Xəbər xətti