Nüvə silahı Belarusda: Tez hərəkətə keçməliyik – Polşa

18:30 30 İyun 2023

Polşa Rusiyanın taktiki nüvə silahlarının Belarusda yerləşdirilməsinə cavab olaraq ABŞ-ın nüvə silahlarına ev sahibliyi etmək istəyir.

Sitat.info xəbər verir ki, bu sözləri Polşanın Baş naziri Mateuş Moravetski jurnalistlərə açıqlamasında deyib.

“Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək niyyətində olmasıyla əlaqədar biz bütün NATO-nu Nüvə Paylaşımı proqramında iştirak etməyə çağırırıq.

İlk növbədə, bu, amerikalı və NATO tərəfdaşlarımızın qərarı olmalıdır. Biz tez hərəkətə keçmək istəyirik”, - Moravetski bildirib.



Xəbər xətti