İspaniyanın Baş naziri Pedro Sançes Avropa İttifaqı Şurasına sədrliyinə Ukrayna paytaxtına səfərlə başlayıb.
Sitat.info xəbər verir ki, bu barədə baş nazir Tvitter hesabında paylaşım edib.
“Artıq Kiyevdəyəm. Mən istəyirdim ki, İspaniyanın Aİ Şurasına sədrliyinin ilk tədbiri Ukraynada Vladimir Zelenskiylə olsun. Mən Ukrayna hökumətinə və parlamentinə bütün Avropa həmrəyliyini ifadə edəcəyəm. Avropada sülh bərqərar olana qədər biz Ukrayna xalqını dəstəkləməyə davam edəcəyik”, - Sançes qeyd edib.