Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qax rayonu, İlisu kəndində bir nəfərin qayalıq ərazidən dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Sitat.info xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb edilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1993-cü il təvəllüdlü Abdullazadə Mirzə Zəfər oğlu qayalıq ərazidən dərinliyi təxminən 10 metr olan dərəyə yıxılaraq təhlükəli vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xüsusi xilasetmə əməliyyatı sayəsində vətəndaş dərədən çıxarılaraq xilas edilib və təcili tibbi yardım briqadasına təhvil verilib.