Rusiyada da Quran yandırıldı

18:11 2 İyul 2023

Rusiyanın Kabardin-Balkar Respublikasında yerli sakin Quranı yandırıb.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, Çeqem-2 kəndinin sakini məscidə gələrək, oradakı dini kitabları, o cümlədən Quranı yandırıb.

Çeqem rayonunun administrasiya rəhbəri Yura Borisov baş vermiş hadisəni təsdiqləyib.

Hadisəni törədən şəxs saxlanılıb. Dinidirilmə zamanı həmin şəxs bildirib ki, bu hərəkətini daxilindən gələn səsin əmri ilə etdiyini deyib.



Xəbər xətti