Əlcəzairli gənc Nahelin Fransada polis tərəfindən öldürülməsindən sonra artan hadisələr “fövqəladə vəziyyət”i gündəmə gətirib. Araşdırmalara görə, əhalinin 69 faizi fövqəladə vəziyyətin elan edilməli olduğunu düşünür.
Sitat.info xəbər verir ki, Fransada gündəm bütün ölkəyə dalğalanan üsyandır.
Baş nazir Elizabeth Borne, hər şeyi nəzarət altına almaq üçün bütün bütün yolların masaya qoyulduğunu bildirib.
Fransanın "Le Figaro" qəzeti, Institut Français D'opinion Publique-nin araşdırmasını dərc edib.
Sorğuda iştirak edənlərin 69 faizi fövqəladə vəziyyətin elan edilməsinin tərəfdarı olduğunu bildirib. Əhalinin 31 faizi fövqəladə vəziyyətin elan olunmasını istəmir.
Xalqın əksəriyyəti hesab edir ki, fövqəladə vəziyyət elan olunmadan hadisələri nəzarət altına almaq mümkün deyil.
Eyni sorğuya görə, fransızların 57 faizi polisə güvənir və ya onlara rəğbət bəsləyir.
Seymur Bənnayev
Sitat.info