Səudiyyə Ərəbistanı Qurani-Kərimin yandırılmasına icazə verilməsinə cavab olaraq İsveçin Ər-Riyaddakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Sitat.info xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin yazılı bəyanatında deyilir: "Səudiyyə Ərəbistanı bu biabırçı hərəkəti qəti şəkildə rədd edir".
Bəyanatda İsveç hökumətindən “xalqlar və dövlətlər arasında mövcud olmalı olan hörmətə xələl gətirən, tolerantlıq və mötədillik kimi dəyərlərə zidd olan hərəkətləri dayandırması” tələb olunub.
Səudiyyə Ərəbistanı iyunun 29-da İsveçin paytaxtı Stokholmda Qurani-Kərimin yandırılması aktını pisləyib.
Qeyd edək ki, İsveçin paytaxtı Stokholmda İraq əsilli Salvan Momika adlı şəxs iyunun 28-də Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Quranı yandırıb.
Seymur Bənnayev
Sitat.info