Makron hökumətə göstəriş verib: Asayişi bərpa edin

04:23 3 İyul 2023

Fransada 17 yaşlı Əlcəzair əsilli yeniyetmənin Fransa polisi tərəfindən öldürülməsindən sonra başlayan etirazlar davam edir. Nümayişçilər yenidən polislə toqquşub. Hadisələrdə saxlanılanların sayı 3000-ə yaxınlaşıb. Fövqəladə vəziyyət də daxil olmaqla bütün variantların masada olduğu Fransada prezident Makron status toplantısı keçirmək üçün bəzi hökumət üzvləri ilə görüşüb.

Sitat.info xəbər verir ki, Tədbirlər ölkə daxilində davam edərkən, Nahelin nənəsi Nadia Fransa televiziyasına danışıb.

"Biz onların dükanları, avtobusları və məktəbləri dağıtmalarını istəmirik. Onlar Naheli bəhanə edirlər. Hər şeyin sakitləşməsini istəyirik", - deyən Nadia etirazçılar sakitliyə çağırıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti