ABŞ-da kiçik təyyarə qəzası baş verib: 1 ölü

13:47 3 İyul 2023

ABŞ-ın Cənubi Karolina ştatında havaya qalxdıqdan az sonra 5 nəfərlik təyyarənin qəzaya uğraması nəticəsində ilkin məlumatlara görə, bir nəfər ölüb.

Sitat.info xəbər verir ki, Federal Aviasiya Administrasiyasının (FAA) verdiyi açıqlamaya görə, 5 nəfəri daşıyan tək mühərrikli "Piper PA-32" tipli təyyarə yerli vaxtla saat 11:00 radələrində çimərliyə getmək üçün havaya qalxıb.

Myrtle Beach Sun News-un xəbərinə görə, polis məmuru Patrick Wilkinson verdiyi açıqlamada kiçik təyyarənin bölgədəki qolf meydançası yaxınlığında qəzaya uğradığını bildirib.

Təyyarənin təcili yardım və xilasetmə qrupları hadisə yerinə gəlmədən qəzaya uğradığını izah edən Wilkinson, ilk təsbitlərə görə təyyarədə olan bir nəfərin öldüyü məlumatını paylaşıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti