Tanınmış rusiyalı oliqarx müflis elan edildi

13:48 3 İyul 2023

Moskva vilayətinin Arbitraj Məhkəməsi “Binbank” və “Rost Bank”ın keçmiş sahibi, iş adamı Mikayıl Şişxanovu müflis elan edərək, onun əmlakının satışı üçün prosedur başladıb.

Sitat.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Şişxanovun nümayəndəsi məhkəmədə bildirib ki, borclunun kreditorlar qarşısında yerinə yetirilməmiş öhdəliyi 853 milyard rubl məbləğində qiymətləndirilir ki, bu da onun aktivlərinin dəyərindən 12 min dəfə çoxdur.

Onun sözlərinə görə, Şişxanov heç bir yerdə işləmir, gəlir mənbəyi yoxdur, cəmi iki mənzili var.



Xəbər xətti