Fransada polisin bir yeniyetməni güllələməsindən sonra başlayan etiraz aksiyalarının altıncı gecəsində 157 nəfərin saxlanıldığı bildirilib.
Sitat.info xəbər verir ki, iyunun 27-də Nanterre şəhərində polisin açdığı atəşdə Nael M. adlı gənc sürücünün ölümündən sonra bu gecə də bir çox şəhərdə etirazlar davam edib.
Fransa Daxili İşlər Nazirliyinin açıqladığı məlumatlara görə, ölkə daxilində gecə nümayişləri zamanı 157 nəfər saxlanılıb, 3 polis və jandarm yaralanıb. Nazirlik bu balansın müvəqqəti olduğunu bildirib.
Kənan Bənnayev
Sitat.info