Çin 1961-ci ildən bəri ən isti günlərini yaşayır və son günlər temperatur 35 dərəcəyə çatıb.
Sitat.info xəbər verir ki, "CNN"in xəbərinə görə, son 6 ayda ölkədə rekord dərəcədə yüksək temperatur qeydə alınıb.
Milli İqlim Mərkəzinin verdiyi açıqlamada bu il ölkədə əvvəlki illərlə müqayisədə daha təsirli dörd isti hava dalğasının olduğu bildirilib.
Ölkənin şimalında temperaturun daha da yüksələcəyi gözlənilir.
Seymur Bənnayev
Sitat.info