AB Rusiyanın 200 milyard avro aktivini dondurdu

17:09 3 İyul 2023

Avropa Komissiyası (AK) Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın bərpası üçün istifadə imkanlarının müzakirəsini davam edir.

Sitat.info xəbər verir ki, bunu AK-ın ədliyyə üzrə komissarı Didye Reynders deyib.

O bildirib ki, Avropada bloklanan Rusiya aktivlərinin məbləği 207 milyard avro təşkil edir:

“AK Rusiya Mərkəzi Bankının aktivləri də daxil olmaqla, Avropada dondurulmuş 207 milyard avro məbləğində Rusiya aktivlərindən Ukraynanın bərpasını maliyyələşdirmək üçün istifadə imkanlarını müzakirə edir. AK bu yolla hər il 3 milyard avroya qədər vəsait alacağını gözləyir”.



Xəbər xətti