Fransada saxlanılanların sayı 3 mini ötdü

17:59 3 İyul 2023

Fransa polisi son üç gündə aksiyalarda iştirak edən 3 min 200 nəfəri saxlayıb.

Sitat.info xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Cerald Darmanin bildirib.

“Üç gün ərzində 3 min 200 nəfər saxlanılıb, bu, görünməmiş rəqəmdir. Bu şəxslərdən 60 faizinin əvvəllər ədliyyə ilə bağlı heç bir problemi olmayıb”, - nazir bildirib.



Xəbər xətti