Katolik Kilsəsinin lideri Papa Fransisk İsveçdə Quranın yandırılmasına reaksiya verərək deyib: "Bu kimi hərəkətlər məni qəzəbləndirir və iyrəncdir".
Sitat.info xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində nəşr olunan “Əl İttihad” qəzetinə danışan Papa ötən həftə İsveçin paytaxtı Stokholmda Quranın yandırılaraq cırılması və bu hərəkətə icazə verilməsi ilə bağlı bunları deyib:
"Müqəddəs sayılan hər bir kitaba öz möminlərinə layiqli hörmət kimi ehtiram göstərilməlidir. Söz azadlığı heç vaxt başqalarını alçaltmaq üçün bəhanə kimi istifadə edilməməli, ona yol verilməsi inkar edilməli və pislənməlidir".
Bu gün “Əl İttihad” qəzetində dərc olunan və İtaliya mətbuatında əks olunan müsahibəsində Papa müxtəlif dinlər arasında dialoqun və “qardaşlığın” əhəmiyyətini də vurğulayaraqb “ Ya qardaşlıq sivilizasiyası olacaq ya düşmənçilik sivilizasiyası. Ya gələcəyi birlikdə quracağıq ya da bir gələcək olmayacaq”.
Seymur Bənnayev
Sitat.info