İsrail qüvvələri 8-i işğal altındakı İordan çayının qərb sahilindəki Cnin şəhərinə hava hücumu və basqınlar olmaqla 9 nəfəri öldürüb, 80 nəfəri yaralayıb.
Sitat.info xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin səhər saatlarında Cəninə hücumu nəticəsində yaralananların sayının 80-ə yüksəldiyi bildirilib.
İsrail ordusunun şəhərdəki tibb qruplarının yaralılara çatmasının qarşısını aldığını qeyd edən Nazirlik, Nablus, Calkiya və Cənin şəhəri ətrafındakı digər sağlamlıq mərkəzlərində tibb işçilərinin yaralılara müdaxilə etmək üçün hazır olduqlarını paylaşıb.
Seymur Bənnayev
Sitat.info