Zelenski: Ukraynanı Krımsız təsəvvür edə bilmərik

23:41 3 İyul 2023

Ukrayna prezidenti Volodimir Zelenski son məqsədinin Rusiya tərəfindən ilhaq edilmiş Krımı xilas etmək olduğunu bildirib: “Krımsız Ukraynanı düşünə bilmərik”, - o dedi.

Sitat.info xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində bildirib ki, onlar Ukraynanın cənub və şərqindəki ərazilərini geri almağa çalışırlar və son məqsədləri 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilmiş Krımı xilas etməkdir.

Kiyevin səylərinin Ukraynanın cənub və şərqindəki torpaqların geri alınmasına yönəldiyini vurğulayan Zelenski deyib: "Ukraynanı Krımsız düşünə bilmərik. Krım Rusiyanın işğalı altında olduğu halda bunun bir mənası var: müharibə hələ bitməyib".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti