Birləşmiş Millətlər Təşkilatı İsrailin işğal altındakı İordan çayının qərb sahilindəki Cənin şəhərinə hücumlarını pisləməkdən çəkinərək, təmkinli olmağa çağırıb.
Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsünün müavini Fərhan Haq gündəlik mətbuat konfransında İsrailin Cəninə basqını ilə bağlı sualları cavablandırıb.
BMT-nin pilotsuz uçuş aparatları (PUA) ilə edilən hücumları qınamayacağı sualına isə Haq deyib: "Əhalinin sıx olduğu bölgələrdə silahlı hücumların həyata keçirilməsi qəbuledilməzdir. Bunu dəfələrlə dilə gətirmişik. Biz bütün yaşayış məntəqələrinə hücumların dayandırılmasını istəyirik”.
Davamlı suallara baxmayaraq, Haq dron hücumlarını pisləməkdən çəkinib.
Seymur Bənnayev
Sitat.info