Moldovanın Kişinyov Beynəlxalq Hava Limanında əcnəbi vətəndaşın atəş açması nəticəsində iki nəfər həlak olub.
Sitat.info xəbər verir ki, Moldova Daxili İşlər Nazirliyinin məlumatına görə, xarici ölkə vətəndaşı Kişinyov Beynəlxalq Hava Limanında ölkəyə buraxılmayandan sonra atəş açıb.
Hücumçu bir neçə nəfəri girov götürüb. Hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Hava limanına təhlükəsizlik qüvvələri və sağlamlıq qrupları göndərilib.
Hücum edən şəxs yaralı olaraq ələ keçirilib.
Seymur Bənnayev
Sitat.info