Tacikistan Azərbaycana yeni səfir təyin etdi

14:33 4 İyul 2023

 

Əbdürəhman İlham Baratzadə Tacikistanın Azərbaycanda yeni səfiri təyin edilib.

Sitat.info xəbər verir ki, bu barədə Tacikistan Prezidenti İmaməli Rəhman sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Rüstəm Soli təqaüdə çıxması ilə əlaqədar Tacikistanın Azərbaycandakı səfiri vəzifəsindən geri çağırılıb.



Xəbər xətti