Çin Borrellin səfərini təxirə saldı

17:09 4 İyul 2023

Çin hakimiyyəti AB-nin baş diplomatı Jozep Borrellin gələn həftə planlaşdırılan səfərini təxirə salıb.

Sitat.info xəbər verir ki, bu barədə AB-nin xarici siyasət üzrə sözçüsü Nəbilə Massralı deyib.

“Təəssüf ki, çinli həmkarlarımız bizə bildirdilər ki, planlaşdırılan tarixlərdə səfər artıq mümkün deyil. İndi biz alternativlər tapmalıyıq”, - o bildirib.

O, səfərin hansı müddətə təxirə salındığı barədə açıqlama verməyib.

Qeyd edək ki, Borrellin Çinə səfəri 10 iyula nəzərdə tutulurdu.



Xəbər xətti