İstanbulda güclü partlayış baş verdi: yaralılar var

18:54 4 İyul 2023

İstanbulun Çekmeköy səmtində binada güclü partlayış baş verib.

Sitat.info xəbər verir ki, dördmərtəbəli binada yerləşən mənzildə baş verən partlayışın təbii qazdan qaynaqlandığı bildirilib.

İlkin məlumata görə, partlayış zamanı 3 nəfər xəsarət alıb.

Partlayışdan sonra güclü yanğın baş verib, əraziyə yanğınsöndürənlər cəlb edilib.

Bildirilir ki, partlayışın baş verdiyi mənzildə əcnəbi bir qadın yaşayıb.



Xəbər xətti