Fransada açılan atəş nəticəsində 17 yaşlı yeniyetmənin ölümündən sonra Belçikanın paytaxtı Brüsseldə 50, Lyej şəhərində isə 30 nəfərin polis tərəfindən saxlanıldığı açıqlanıb.
Sitat.info xəbər verir ki, Brüssel polisi cümə axşamı axşam saatlarında şəhərin mərkəzində bəzi avtomobilləri yandıran, daşla avtobus və tramvay dayanacaqlarına ziyan vuran 64 nümayişçidən əlavə 50 nəfərin də saxlanıldığını açıqlayıb.
Həmin şəxslərin ötən gün hadisələrin baş verdiyi bölgəyə toplaşan gənclər olduğu, gənclərin üzərində “ekologiyaya zərər verə biləcək materialların” olduğu bildirilib. Polisin qabaqlayıcı tədbir olaraq 50 nəfəri saxladığı bildirilir.
Seymur Bənnayev
Sitat.info