Rusiya Xarkova hücum etdi: 31 yaralı

20:46 4 İyul 2023

Rusiyanın Ukraynanın Xarkov vilayətinin Pervomayski şəhərinə təşkil etdiyi raket hücumunda 9-u uşaq olmaqla 31 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, Ukraynanın Xarkov Vilayət Hərbi İdarəsi Rusiyanın Xarkov vilayətinə hücum etdiyini açıqlayıb. Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib ki, Pervomayski şəhərində 10 aylıq və 1 yaşlı uşaqlar da daxil olmaqla 31 nəfər yaralanıb.

Şəhərdə 8 binanın şüşələri zədələnərkən, 5 nəqliyyat vasitəsi yararsız hala düşüb.

Hadisə yerinə çoxlu sayda xilasedicilər göndərilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti