Qərbi Trakiyanın Ksanthinin Ilıca kəndinin məscidinə hücum edən 64 yaşlı Fransa vətəndaşı 2 il həbs və 500 avro pul cəzasına məhkum edilib.
Sitat.info xəbər verir ki, Qərbi Trakyada məscidə hücum edən Alen Qranzın işi ilə bağlı Xanthi Məhkəməsi qərarını açıqlayıb. Məhkəmə Qranzı 2 il həbs və 500 avro cərimələyib.
Qransın həbs cəzası təxirə salınıb.
Dinləmədə İskeçe müftisi Mustafa Trampa ilə yanaşı, Ilıca Qəyyumlar Şurasının üzvləri də iştirak edib.
Seymur Bənnayev
Sitat.info