Laçın dəhlizi bağlandı - FOTO

12:28 24 Mart 2022

Hazırda rus sülhməramlılarının nəzarətində olan Qarabağın bir sıra yollarında nəqliyyatın hərəkəti bağlanıb. O cümlədən, Laçın dəhlizi ilə Xankəndiyə gedən yolda da heç bir avtomobil hərəkət edə bilmir.  

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Sputnik Ermənistan” nəşri yayıb.

Mənbə yazır ki, saat 09:30-dan etibarən qar fırtınası ilə əlaqədar Saravan-Zəngər avtomobil yolu müvəqqəti bağlanıb, təmizləmə işləri aparılır.

Qorus-Sisyan-Vayk avtomobil yolunda yük maşınlarının hərəkəti qadağan edilib. 



Xəbər xətti