Şoyqu itkin düşüb? AÇIQLAMA VİDEO

12:30 24 Mart 2022

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Rusiya Prezidenti Vladimir Putinin ətrafındakı fikir ayrılıqlarından danışıb.

O, bu barədə efirdə bildirib.

"Orada təkcə müdafiə naziri Sergey Şoyqu deyil. Bir çox general artıq əlaqə saxlamır, bir çoxu dəyişdirilib. Onlar düşünürlər ki, yeni qüvvələrlə nəyisə dəyişə bilərlər", - o qeyd edib.

Qeyd edək ki, martın 23-də rusiyalı araşdırmaçı jurnalistlər Rusiyanın müdafiə naziri Sergey Şoyqunun informasiya məkanından yoxa çıxmasına diqqət çəkib. Bildirilib ki, nazir, 11 gündür ictimaiyyət qarşısına çıxmayıb.

Həmçinin Şoyquda ürək xəstəliyi olduğu da iddia edilib. //milli.az



Xəbər xətti