İsrail əsgərləri iki günlük mühasirədən sonra işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cənin şəhərindən və buradakı qaçqın düşərgəsindən geri çəkilib.
Sitat.info xəbər verir ki, İsrail ordusunun sözçüsü Cənindəki bütün əsgərlərinin bölgədən çəkildiyini açıqlayıb.
Ordu sözçüsü Daniel Hagari İsrail Ordusu Radiosuna bildirib: “Əməliyyatın məqsədlərinə nail olunub, Cənin Qaçqınlar Düşərgəsindəki terror infrastrukturu məhv edilib və 300-ə yaxın şübhəli saxlanılıb”.
İsrail ordusunun iki gündür mühasirədə olduğu, havadan və qurudan hücuma məruz qaldığı Cənin Qaçqınlar Düşərgəsi geridə böyük bir dağıntı qoyub.
İsrail ordusuna məxsus tikinti texnikasının yollarda asfaltı qazdığı və infrastruktura böyük ziyan vurduğu görülüb. Toqquşmalar şəhərə böyük ziyan vurub.
Seymur Bənnayev
Sitat.info