Heydər Əliyev prospektində dəhşətli tıxac yaranıb.
Sitat.info xəbər verir ki, Bakıda beynəlxalq tədbirin keçirilməsi səbəbindən yollarda avtomobillərin hərəkətinə qoyulan məhdudiyyətlər Heydər Əliyev prospektini iflic edib.
Bir saatdan artıqdır ki, tıxacda heç bir irəliləmə yoxdur. Ərazidə Dövlət Yol Polisi əməkdaşları xidmət aparmır və tıxacın aradan qaldırılması üçün hər hansı addım atılmır.
Avtomobil sürücüləri tıxacda qalsa da, ictimai nəqliyyatdan istifadə edənlər düşüb yola piyada davam ediblər.
Sürücülər səs siqnallarından istifadə edərək etiraz ediblər.
Sitat.info dəhşətli tıxacdan görüntüləri təqdim edir:
Məğrur
Sitat.info